Yapışdırıcı

Home / Məhsullar / Yapışdırıcı

Yüksək möhkəmlik xüsusiyyətlərinə malik ağ rəngli yapışqan qarışığı məsaməli hörgü bloklarından hazırlanmış xarici və daxili divarların nazik qatlı hörgüsü üçün (1mm – 3mm) istifadə olunur.

İstifadə qaydası

İstifadə yerinin təmiz, quru, möhkəm olması lazımdır. İstifadə yerinin yapışdırıcını zəiflədəcək hər bir şeydən, yəni yağdan, pasdan təmizlənməsi lazımdır. Əgər səthdə 5-20 mm dərinlikdə kiçik boşluqlar varsa, təmir materialı ilə düzəldilməlidir. Səthin xidmət temperaturu +250C- dən çox olarsa, səth əlavə nəmləndirilməlidir.

Qarışdırma

Uyğun su miqdarı təmiz qaba əlavə olunur. Tozu növbə ilə az miqdarda qaba əlavə edərək, onu 400-600 dövrəlik bir qarışdırıcı ilə 3-5 dəq ərzində qarışdırılır. Tam qarışıq əldə edildikdən sonra 3-5 dəqiqə gözlənilir, yenidən 30 saniyə qarışdırılır və istifadəyə verilir.