Hörgü Blokları

Home / Məhsullar / Hörgü Blokları

Gobustone hörgü blokları taxta paletlər üzərinə yığılaraq, üzərinə xüsusi kapron üzlük materialı çəkilərək daşınır. Blokların tikinti meydançasına boşaldılması və sahə daxilində yerdəyişməsi zamanı kran və digər yük boşaldan texnikalardan istifadə olunmasına icazə verilir. Materialların daşınma və boşaldılması zamanı maksimum diqqətli olmaq lazımdır.

Tikinti meydançasında gobustone hörgü blokları hamar səth üzərinə üst-üstə yığılmalıdır. 2 paletdən artıq materialı üst-üstə yığmaq tövsiyyə edilmir.

Gobustone hörgü bloklarının çəkisinin az olması bu materialın tikinti sahəsinə daşınması zamanı daha kiçik yük avtomobillərindən istifadə etməyə imkan verir ki, bu da daşınma xərclərini azaltmaqla şəhərin mərkəzində tikilən binaları vaxtında, keyfiyyətlə və təhlükəsiz şəraitdə bu materialla təmin etməyə imkan verir.