Əhəng və Kvar Qum

Home / Məhsullar / Əhəng və Kvar Qum

Xüsusi siloslarda saxlanılır.
Tonla satılır və xüsusi maşınlarda daşınır.

Yanmış kristal əhəngin istifadə olunduğu sahələr:
Əlvan metallurgiya – təmizləyici komponent olaraq istifadə olunur.

Şəkər sənayəsi – diffuziya şirəsindən qeyri-şəkərin dəqiqləşdirilməsi və aradan qaldırılması prosesində önəmli bir rol oynayır.

Tullantı sənayesi – toksik sənaye tullantılarının zərərsizləşdirilməsi prosesində su ilə qarışdırılmış əhəng məhlulu tullantılar yandırılan zaman püskürdülərək ayrılan tüstünün tərkibindəki zərərli maddələrin konsentrasiyasının aşağı salınmasında istifadə edilir.

Polad sənayesi – polad istehsalının poladəritmə mərhələsində sobadan xaric olunan maye metalın tərkibinə əhəng qatılır ki, filiz metaldan ayrılsın və sonda polad yerli və beynəlxalq standartlara cavab versin.

Xüsusi kisələrdə saxnalınır və satılır

Kisələrin həcmi : 25 kq, 1 ton

Sönmüş əhəng – müəyyən fraksiyalı əhəng yandırıldıqdan, toz şəkilinə çevrildikdən sonra su vasitəsi ilə söndürməklə əldə olunur. Xarici görünüşə görə sönmüş əhəng ağ toz şəklində olur, əsasən kisələrə qablaşdırılır, istifadə sahəsi tikinti və kənd təsərrüfatı səhəsi sayılır.
Tikintidə əhəng aşağıdakı sahələrdə istifadə olunur: Müxtəlif qatqılarda, kərpic və qazobeton (qazosilikat) blokların istehsalında. Kənd təsərrüfatı sektoru da sönmüş əhəng istehlakında heç də geri qalmır.
Sönmüş əhəng hər yerdə torpaq və heyvandarlıq fermaları kimi yerlərin dezinfeksiyasında istifadə olunur.

Yol inşaatı – Əhəng qruntun sabitləşdirilməsində və yaxşılaşdırılmasında istifadə olunur. Kalsium oksidin yüksək reaksiyaya girmə qabiliyyətinə görə əhəng suyu qruntdan kənarlaşdırır, beləliklə, sabitlik və şaxtaya davamlılıq artır. İnşaat əhəngi yol çəkilişinin bütün təbəqələrində istifadə olunur.

Bir çox sahələrdə sönmüş əhəngi su xəttlərinin təmizlənməsində və zibillərin yandırılmasında istifadə edilir, bu da ətraf mühütün korlanmasının qarşısını alır.