MƏSAMƏLİ HÖRGÜ BLOKLARI
Gobustone hörgü blokları öz məsaməli quruluşları ilə yüksək keyfiyyətli istilik izolyasiyasına və yüksək yükgötürmə qabiliyyətinə malikdirlər.


QOST 31360-2007 dövlətlərarası standartları üzrə hazırlanır.
Keyfiyyət nişanlıdır.
Daha yaxşı istilik izolyasiya performansı ilə mineral əsaslı, yanmaz divar materialdır.
Yaxşı yükgötürmə qabiliyyətinə malikdir.
Məsaməli quruluşu ilə binanın ağırlığını azaldaraq zəlzələyə davamlılığı artırır.
Su buxarını özünə çəkmək qabiliyyəti ilə binanın nəfəs almasına kömək edir.
Cüzi şəkisi asan və cəld işlənməsinə şərait yaradır.
Hörgü bloklarının tutmaq üçün yandan dəstəkli olması istifadəni asanlaşdırır.
İstilik izolyasiyası xüsusiyyəti ilə enerjiyə qənaətə imkan verir.
A1 sinfindən olan alışmayan materialdır.

Yanğına davamlıdır
Gobustone hörgü blokları yanğına davamlı olmaları ilə seçilir. Bloklar QOST standartlı alışmayan materiallara aid edilmişdir. Gobustone hörgü blokları ilə bir tərəfdən suvaqla örtülmüş 7.5 sm qalınlığındakı divar birtərəfli yanğın yüklənməsində 90 dəqiqə yanğınadavam gətirir.

Ekoloji təmizdir
Gobustone ətraf mühitə qarşı münasibətdə məsuliyyət daşıyır. Elə buna görə də, atdığı hər addımda ekologiyanın qorunması və mühafizəsi məsələsini ön planda saxlayır. Gobustone məsaməli hörgü blokları ekoloji təmiz olub təbiət dostudur.

Enerjiyə qənaət olunur
Gobustone hörgü bloklarının yüksək istilik izolyasiyası bilavasitə isidilmə xərclərində öz əksini tapan böyük iqtisadi əhəmiyyətə malikdir. Cüzi çəkili gobustone hörgü bloklarının istifadəsi zamanı eyni zamanda həm enerjinizə, həm də vaxtınıza qənaət etmək mümkündür.
Çöl divarlar üçün

D500/B2.5, 600*250*400 mm

D500/B2.5, 600*250*300 mm

D500/B2.5, 600*250*250 mm
İç divarlar üçün

D500/B2.5, 600*250*200 mm

D500/B2.5, 600*250*150 mm
