ƏHƏNG VƏ KVARS QUM

Ağ rəngli toz halında olan əhəng inşaat və sənaye sahəsində söndürülmüş və sönməmiş olmaqla iki formada istifadə olunur.

gobustone-eheng (1)

Rahat hazırlanır

Məhsulun yüksək keyfiyyətdə, rahat hazırlanmasına şərait yaradır

Stabil keyfiyyət

Keyfiyyət daim stabil olduğu üçün, istehsalda stabillik vəd edir

Ekoloji təmiz

Ekoloji təmiz olan məhsul, təbiətə zərər vurmadan, çevrəmizi qoruyur

sondur2

SÖNDÜRÜLMÜŞ ƏHƏNG

Əhəng daşının lazımı temperaturda termiki parçalanmasından alınan sönməmiş əhəngin xüsusi hidrator qurğusunda su vasitəsilə söndürülməsi nəticəsində əldə edilən ağ rəngli söndürülmüş əhəng məhsuludur. ГОСТ 9179-77 və TS EN 459-1 saylı standartların tələblərinə uyğundur.

Tətbiq sahələri

  • İnşaat materialları: Binaların daxili və xarici səthlərində suvaq-hörgü və ağartma işlərində, beton-blok və başqa inşaat materiallarının hazırlanmasında, həmçinin suvağın möhkəmliyinin artırılmasında və s.;
  • Su təmizlənmə: Suda olan müvəqqəti codluğun aradan qaldırılmasında və içməli suyun təmizlənməsində;
  • Səhiyyə: Dişlərin müalicəsi və diş kanallarının dezinfeksiyasında;
  • Mədənçilik; Mis, qurğuşun və sink filizlərinin təmizlənməsi zamanı PH-ın tənzimlənməsində;
bg6
sonmes2

SÖNMƏMİŞ ƏHƏNG

Müxtəlif fraksiyalar olan əhəng daşının lazımı temperaturda termiki parçalanmasından alınan ağ rəngli sönməmiş əhəng məhsuludur. ГОСТ 9179-77 və TS EN 459-1 saylı standartların tələblərinə uyğundur.

Tətbiq sahələri

  • Əlvan metallurgiya – təmizləyici komponent olaraq istifadə olunur.
  • Şəkər sənayəsi – diffuziya şirəsindən qeyri-şəkərin dəqiqləşdirilməsi və aradan qaldırılması prosesində önəmli bir rol oynayır.
  • Tullantı sənayesi – toksik sənaye tullantılarının zərərsizləşdirilməsi prosesində su ilə qarışdırılmış əhəng məhlulu tullantılar yandırılan zaman püskürdülərək ayrılan tüstünün tərkibindəki zərərli maddələrin konsentrasiyasının aşağı salınmasında istifadə edilir.
bg7
kvars

KVARS QUM

Tərkibində 90%-dən çox, adətən yaxşı çeşidlənmiş və yuvarlaq kvars qırıntıları olan qum. Kvars qumu platforma şəraiti üçün səciyyəvi olub, adətən rutubətli isti iqlimdə ana süxurlarn dərin kimyəvi aşınma məhsullarının yenidən çökməsi, habelə iqlimdən asılı olmayaraq daha qədim kvarslı qumların və ya qumdaşlarının yuyulması nəticəsində əmələ gəlir. Məhsul AAC MMC-yə məxsus yataqlardan çıxarılır.