Часто задаваемые вопросы

Здесь вы можете найти ответы на часто задаваемые вопросы
Gobustone hörgü bloklarının tərkibi nədən ibarətdir və onu ekoloji təmiz məhsul saymaq doğrudurmu?
Gobustone hörgü bloklarının istehsalı zamanı xammal kimi: su, kvars qumu, yanmış əhəng, xüsusi sement, gips və az miqdarda aluminium pudrasından istifadə olunur. Tərkibində çox az miqdarda aliminium pastası olmasına baxmayaraq gobustone hörgü blokları ekoloji cəhətdən təmiz məhsuldur. Əsas xammal olan əhəng ekoloji təmiz məhsul kimi bütün zərərli elementləri öldürür. Çünki, analiz zamani əhəng aliminium pastası ilə reaksiyaya girir və bu zaman məsamələr yaranır və zərərli maddələr hazır məhsulda itir.
Gobustone hörgü bloklarının sudan qorxurmu?
Gobustone hörgü blokları sudan qorxmayan məhsuldur. Sınaqlar əsnasında gobustone hörgü bloklarını uzun müddət suyun içində saxladıqdan sonra onu mişarla kəsdikdə içinin quru qaldığına şahid oluruq. Məsamələr vasitəsilə su daxilə hopsa da, sonradan buxarlanır və nəticə etibarilə məhsul quru qalır.
Gobustone hörgü blokların yanğına qarşı davamlılığı necədir?
Bildiyiniz kimi, yanğın ətrafa iki cür təsir edir. a. Yanğın zamanı alovların təsiri b. Yanğın zamanı ayrılan zəhərli qazların təsiri. Alovlara qarşı müqavimət baxımından məsaməli hörgü blokları ən dayanıqlı inşaat materialıdır. Gobustone hörgü blokları yanma sinfinə görə A1 yanmayan materiallar qrupuna daxil edilir. Bundan əlavə, yanğın zamanı hörgü blokları ətrafa heç bir zəhərli qaz buraxmır. Bu aspektdən istilik izolyasiyası və yanğına davamlılıq faktorlarını nəzərə aldığımız zaman divarların məsaməli hörgü blokları ilə hörülməsi tövsiyə edilməkdədir. Beləcə yanğınlar əsnasında yayılan qazların səbəb olduğu zəhərlənmədən qaynaqlanan ölümlərin də önünə keçə bilmək mümkündür.
Gobustone hörgü bloklarının istifadə müddəti nə qədərdir?
Hesablamalara görə blokların istifadə müddəti 80 ildir.
Blokların saxlanma qaydası necədir?
Məsaməli hörgü blokları hamar, düz səth üzərinə üst-üstə yığılmalıdır. İki paletdən artıq materialı üst-üstə yığmaq tövsiyyə edilmmir. Paketlər açıldıqdan sonra daşlar qar və yağışdan qorunmalıdır.