.::AAC::.

Azəricə (Azərbaycan dili)English (United Kingdom)Russian (CIS)
Home » Məhsul » Əhəng
A+ R A-

Əhəng

E-poçt Çap PDF faylını al

Demək olar ki, MDB-nin hər yerində keyfiyyətli əhəng çatışmazlığı sabit yüksək keyfiyyətli qazobeton istehsalına və istehsalat prosesinin avtomatlaşdırılmasına mane olur. Hazırda, MDB ölkələrində demək olar ki, bərabər şəkildə sönməmiş əhəng mövcud deyildir və çox vaxt əhəng hətta lazım olan temperatura çatmır.

Keyfiyyətli əhəng yalnız silikat kərpic və sönmüş əhəng kimi digər tikinti materiallarının istehsalı üçün deyil, həm də metallurgiya, kimya, şəkər sənayesində, yol tikintisində və ətraf mühitin mühafizəsində də lazımdır.

“AAC” şirkəti yüksək keyfiyyətli, həm güclü (bərk), həm də zəif (yumşaq) yanma emalı keçmiş bərabər şəkildə sönməmiş əhəng istehsal edir.

Qazobetonun istehsalı üçün tələb olunan ideal əhəng güclü və orta yanma emalı keçmiş əhəngdir. Sözügedən əhəng aşağı reaktivliyə malikdir (sönmə vaxtı 60 C-yə çatana qədər 4-12 dəqiqə), bu da tökmə formasında qarışığın bərabər şəkildə və tədricən artmasına gətirib çıxardır.

Silikat kərpicin və sönmüş əhəngin istehsalı üçün optimal xammal yumşaq və orta yanmaya malik əhəngdir. Sözügedən əhəng yüksək reaktivliyə malikdir (sönmə vaxtı 60 C-yə çatana qədər 1-4 dəqiqə) bu da tez bir zamanda sönməni təmin edir və reaktorda istehsalın davamiyyət müddətini və həcmini (silikat kərpicin istehsalı zamanı) ya sönmənin müəyyən edilməsini (sönmüş əhəngin istehsalı zamanı) azaldır.

Yanmaya nəzarət edən şaxta sobası yüksək keyfiyyətli əhəngin istehsalında optimal avadanlıqdır. Şaxta sobasında yanmaya nəzarət hərəkətli borular – forsunkaların köməkliyi ilə həyata keçirilir, onların sobaya ötürücülük dərinliyi eləcə də hava və istiliyin tənzimlənən ötürülməsinin köməkliyi ilə tənzimlənə bilər.

Əhəng istehsalı üçün yanmaya nəzarət edən şaxta sobasının əsas üstünlükləri bunlardır:

• sobanın optimal (aşağı) həcmi metal konstruksiyaya və hörgüyə minimal xərci, eləcə də konstruksiyaların yerləşdirilməsi və hündürlüyünə minimal sahəni təmin edir;

• yanmanın tənzimlənən temperaturu zəif və ya güclü yanma emalı keçmiş əhəng istehsal edərək “tələb edildiyi təqdirdə” yanmaya imkan yaradır;

• sönməmiş əhəngin soyudulması zamanı yaranan istilikdən istifadə etməklə enerjidən minimal istifadə (fırlanan boru sobaları ilə müqayisədə 30-50% az); yanan daşın ölçülərinin geniş diapazonu: əhəng daşının həm iri, həm də xırda fraksiyalarının yanması mümkündür (10 – 40 // 20 -50 // 30 - 60 // 40 -70 mm)

Şirkətimizin mütəxəssisləri əhəng istehsalını əvvəllər MDB –də heç vaxt tətbiq edilməmiş ən son avadanlıq və texnologiyalar əsasında yaradıblar. Texnoloji prosesin işlənib hazırlanmasına və avadanlığın layihələşdirilməsinə qərb mütəxəssisləri və “AAC” şirkətinin əməkdaşları cəlb olunub.

 

XAMMAL

Əhəng daşı

fraksiya

-   ideal şəkildə:                        30 – 60 mm

-   icazə verilir:                    10 – 40 mm

-   icazə verilir:                    20 – 50 mm

-   icazə verilir:                    40 – 70 mm

MƏHSULUN ƏLAMƏTLƏRI: Sönməmiş

əhəng, (sönmə vaxtı 60°c)

4 – 7 dəqiqə

(2 – 12 dəq. Həmçinin mümkündür)

ƏHƏNG İSTEHSALI
Sönməmiş əhəng 20 – 25 t/sutka             (~ 7.000 t/il)

Xırda üyüdülmüş əhəng

(<8% ələkdə 90 µ)

 

9 t/s ~ 200 t/sutka (~ 60.000 t/il)

Sönmüş əhəng

əhəng

(xırda üyüdülmüş əhəngdən)

 

(5 t/s, 80 – 100 t/sutka   (~30.000 t/il))
Qalıq rütubət <5 %
SÖNMƏMİŞ ƏHƏNGİN TƏDARÜKÜ
Sönmüş əhəng       
qıfabənzər boşaldılma sistemi ilə vaqonlar
Xırda üyüdülmüş əhəng 
vaqonlar və ya yük avtomobil nəqliyyatı
Kalsium hidrooksid  (Sönmüş)
Biq Beg və ya yük avtomobil nəqliyyatı

 

ƏHƏNG

SiO

2

< 5 %
AlO3 + Fe2O3 < 2,5 %
CaO cəmi > 90 %
CaO aktiv > 85 %
MgO < 2 %
Na2O + K2O < 1,5 %

SO

< 3 %
Alovlanma zamanı zərər < 5 %
Ələkdə qalıq < 8 %

Vaxt

Sönmə (t 60),

Üstünlük verilir

DIN 1060 üzrə,

hissə 3

4 - 10 dəqiqə

онлайн фильмы

Register

*
*
*
*
*

* Field is required