.::AAC::.

Azəricə (Azərbaycan dili)English (United Kingdom)Russian (CIS)
Home » Məhsul » Bloklar üçün yapışqan
A+ R A-

Bloklar üçün yapışqan

E-poçt Çap PDF faylını al

Yüksək möhkəmlik xüsusiyyətlərinə malik ağ rəngli yapışqan qarışığı məsaməli betondan hazırlanmış xarici və daxili divarların nazik qatlı hörgüsü üçün (şovların qalınlığı 1mm – 3mm) istifadə olunur.

Hörgünün yeknəsəq rəng çaları sayəsində daxili üzlüyün qalınlığı azalır, eləcə də əlavə xarici üzləmə tətbiq edilmədən xoşagələn memarlıq üslubu təmin edilir.

Yapışqanın xüsusiyyətləri

“Soyuq şovların” yaranmasının qarşısını alır

• Suya davamlıdır

• Şaxtaya davamlıdır

• Uzun müddət istifadəsi mümkündür (2 saat ərzində)

• Buxar keçiricidir

Tətbiqetmə sahəsi

Məsaməli beton blokları üçün yapışqan dəqiq ölçülərə malik məsaməli betondan hazırlanmış xarici və daxili divarların hörülməsi üçün tətbiq edilir. Yüksək səviyyədə əsasa yapışması sayəsində quraşdırılan konstruksiyaların monolitliyi və möhkəmliyi təmin olunur.

İşlərin yerinə yetirilməsi

Orta hesabla 1kq quru qatışığa 0,21-0.23 litr təmiz su əlavə etmək və eyni kütlə alana qədər qarmaqlı güclü drelin və ya qatışdırıcının köməkliyi ilə qatışdırmaq lazımdır. Məhlulu 5 dəqiqə saxlamaq və yenidən 1 dəqiqə ərzində qatışdırmaq lazımdır. İqlim şəraitindən asılı olaraq yapışqan qarışığından istifadəni asanlaşdırmaq üçün suyun miqdarını 5,25-5,75 litr civarında dəyişməyə icazə verilir. Sonra, yapışqan qarışığı bərabər şəkildə blokların yapışqan çəkilməli olan səthlərinə çəkilir. Yapışqanın hamarlanması dişli şpatellə həyata keçirilir. Dişlərin həcmi 5 mm – 8 mm civarında olmalıdır. Bloklar çəkilmiş yapışqan qarışığının üzərinə hörülür. Lazım gəldikdə, hörgü bloklar hörüldükdən sonra 3 dəqiqə ərzində rezin çəkiclə düzəldilə bilər.

Hörgünün birinci cərgəsini sement-qum məhlulu üzərində quraşdırmaq tövsiyə olunur, bu məhlulun köməkliyi ilə əsas tamamilə düzlənir. Soyuq fəsillərdə, -10°С –dən +5°С –yə qədər temperaturda xüsusi şaxtaya qarşı qatqılardan ibarət, kisənin üzərində “winter” (qış) sözü yazılmış nişanın olduğu yapışqan qarışığından istifadə etmək lazımdır. İsti fəsillərdə, +5°С –dən +30°С-ə qədər temperaturda kisənin üzərində “summer” (yay) sözü yazılmış nişan olan yapışqan qarışığından istifadə etmək lazımdır. Texniki təsvirdə göstərilməyən şəraitlərdə materiallardan istifadə zamanı müstəqil şəkildə sınağın aparılması və ya məsləhət almaq üçün istehsalçıya müraciət etmək lazımdır.

Məhsulun qalığını tikinti tullantısı kimi yerləşdirmək lazımdır. Qablaşdırmanı məişət tullantısı kimi yerləşdirmək tövsiyə olunur.

Məhlul qarışığının istifadə müddəti: 2 saatadək

Yapışqan qatının açıq şəkildə bərkimə vaxtı: 15 dəqiqəyədək

Blok hörgüsünün düzəldilmə vaxtı: 3 dəqiqəyədək

Məsaməli beton blokları üçün yapışqan sərfiyyatı: 1 mm qalınlıqda qat üçün 1,4 kq/m2

онлайн фильмы

Register

*
*
*
*
*

* Field is required