.::AAC::.

Azəricə (Azərbaycan dili)English (United Kingdom)Russian (CIS)
Home » Şirkət » Ümumi Məlumat
A+ R A-

Ümumi məlumat

E-poçt Çap PDF faylını al

Ümumi məlumat

Evin hansı materialdan tikilməsi, keyfiyyət itirmədən tikintiyə qənaət olunması,yayın istisindən, qışın soyuğundan qorunmaq və bunun kimi bir sıra məsələlər hər bir tikinti şirkətini və mənzil sahibini narahat edir. Məsələdən çıxış yolu kimi təbii mineral birləşmələrdən ibarət material ağıla gəlir. Bu məsaməli hörgü bloku – qazbetondur.

"AAС" MMC şirkəti - Azərbaycanda yüksək keyfiyyətli məsaməli hörgü bloku və əhəng istehsalına böyük sərmayə yatırmış Azərbaycan şirkətidir. AAC zavodu Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşir və illik istehsal gücü 180 min kubmetr məsaməli hörgü blokudur. Zavodun tikintisində qabaqcıl alman texnologiyaları tətbiq olunub. Zavod 10 hektar ərazidə yerləşir və bütün zəruri infrastrukturdan ibarətdir.

"AAC" MMC şirkəti «gobustone» markası altında məsaməli hörgü blokları və əhəng istehsal edir. Biz yüksək texnologiyalı alman avadanlıqlarındandan istifadə edirik, bütün məhsullar milli və beynəlxalq standartların tələblərinə cavab verən müasir laboratoriyada sınaqdan keçirilir. Təcrübəli və peşəkar mütəxəssislər bizim məhsulun keyfiyyətinin təminatçılarıdırlar. Şirkət müasir tikinti sənayesinin standart və normalarına tam uyğun olan, həmçinin istehlakçıların tələblərinə cavab verən məsaməli hörgü blokların geniş seçimini təklif edir.

Ölkə iqtisadiyyatının inkişafına yeni töhfələr vermək, təzə iş yerləri açmaq, tikinti sektorunun inkişafına təkan vermək və bu sahəyə ən son texnologiyaları, həmçinin yeni ideyaları gətirmək “AAC” Şirkətinin fəaliyyətinin prioritet istiqamətini təşkil edir.

Vizion:

Azərbaycan və eləcə də, Cənubi Qafqazın tikinti materialları bazarında lider mövqeyə nail olmaq və onu əldə saxlamaq.

Missiya:

Daxili bazarı ən qabaqcıl texnologiya və müasir tikinti materialları ilə təmin edərək rahat həyat şəraitinin yaradılması və müasir yaşayış binalarının və obyektlərin keyfiyyətli tikilməsi.

Dəyərlərimiz- səmərəlilik və effektivlik

Gəlir əldə etmək üçün fəaliyyət effektiv olmalıdır. Effektivlik isə, istehsal olunan məhsulun və göstərilən xidmətin həcminin və keyfiyyətinin daim artırılması, qarşıya qoyulmuş məqsədlərin operativ və dəqiq yerinə yetirilməsidır.

Səmərəlilik – şirkətin əldə etdiyi nəticələrdən asılı olan sosial-iqtisadi sistemin inkişafı və nəzərdə tutulmuş məqsədləri həyata keçirmək üçün şəraitin yaradılmasıdır.

Uğur faktorları:

• Yüksək keyfiyyət və yeni texnologiya

• Aktivlik

• Səmərəlilik

• Rəqəbət qabiliyyəti

• Stabilliyə meyl etmə

• Sosial məsuliyyət

онлайн фильмы

Register

*
*
*
*
*

* Field is required