.::AAC::.

Azəricə (Azərbaycan dili)English (United Kingdom)Russian (CIS)
Home » Şirkət » Haqqımızda
A+ R A-

Haqqımızda

E-poçt Çap PDF faylını al


“AAC” MMC Almaniyanın Wehrhahn şirkətinin yüksək texnologiyalı və orijinal avadanlıqlarından istifadə edərək Azərbaycanda məsaməli hörgü bloklarını istehsal edən ilk şirkətdir. Məsaməli hörgü bloku məhsulları 200-dən çox zavodun fəaliyyət göstərdiyi 50-dən çox ölkədə istehsal olunur. Biz eyni zavodun Azərbaycanda da fəaliyyət göstərməsi ilə qürur duyuruq!

Zavodun istehsal həcmi gündə 600 kubmetr məsaməli hörgü bloku və 100 ton əhəngdir. Digər tikinti materialları ilə müqayisədə məsaməli hörgü bloku davamlılıq, uzunömürlülük, istilik və soyuğa müqavimət, ekoloji təmizlik, istehsal və digər xüsusiyyətləri ilə fərqlənir. Məsaməli hörgü bloku asanlıqla sadə əl və ya elektrik aləti ilə emal edilə bilər. Hazırda məsaməli hörgü bloku məhsulları daxili və xarici divarlarda, divarların, tavanların və hətta pilləkənlərin inşasında istifadə olunur.

Cənubi Qafqazda ilk dəfə olaraq məsaməli hörgü blokları istehsal edən zavod kimi biz mütəmadi olaraq yeni metod və texnologiyaların inkişaf etdirilməsini davam etdiririk və fəaliyyətimizin genişlənməsinə çalışırıq.

Biz daim müştərilərimizin maraqlarını və imkanlarını nəzərə almağa və lazımi məlumatları təqdim etməyə çalışırıq. Müştərinin etimadı bizim üçün olduqca önəmli bir məsələdir, çünki bu uğurlu satış üçün mühüm amildir.

 

онлайн фильмы

Register

*
*
*
*
*

* Field is required