.::AAC::.

Azəricə (Azərbaycan dili)English (United Kingdom)Russian (CIS)
Home » Media mərkəz » Xəbərlər » “AAC” MMC “MİDA” layihəsi çərçivəsində müqavilələr imzalamışdır
A+ R A-

“AAC” MMC “MİDA” layihəsi çərçivəsində müqavilələr imzalamışdır

E-poçt Çap PDF faylını al

“AAC” MMC “MİDA” layihəsini həyata keçirən şirkətlərlə müqavilələr imzalamışdır

 

Ölkə əhalisinin sayının artması Azərbaycan vətəndaşlarının mənzilə olan tələbatının təmin olunması məsələsini daha da aktual etdi. Xüsusilə az və orta təminatlı vətəndaşların, gənc ailələrin mənzil probleminin həll edilməsi prioritet vəzifə kimi müəyyən edildi.

Bu sahədə həyata keçirilən islahatların davamı olaraq dövlət başçısı cənab İlham Əliyevin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradıldı. Agentliyin yaradılmasının əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir.

“MİDA” MMC-nin ilk layihəsi Yasamal Yaşayış Kompleksidir. Kompleksin ümumi sahəsi 11,6 hektar olacaq. Bu ərazinin seçilməsində rahat yaşayış üçün bir neçə mühüm məqam nəzərə alınıb. Belə ki, ərazi şəhərin ekoloji cəhətdən təmiz və əlverişli hissəsində yerləşir.

Yaradılacaq bu ilk şəhərcik 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bunlardan 17-sinin ikibloklu doqquzmərtəbəli, 12-sinin isə birbloklu 12 mərtəbəli olması planlaşdırılır. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə vətəndaşlara təklif olunacaq.

“AAC” MMC-də “MIDA” layihəsinin həyata keçirililməsinə öz töhfəsini verməkdədir. Belə ki, binaların inşasını həyata keçirən tikinti şirkətləri ilə “AAC” MMC arasında bağlanmış müqavilələrə əsasən ümumilikdə 20 000 m3 MHB məhsulu və 12 000 kisə MHB yapışdırıcısı məhsulu satışı nəzərdə tutulmuşdur.

онлайн фильмы

Register

*
*
*
*
*

* Field is required