.::AAC::.

Azəricə (Azərbaycan dili)English (United Kingdom)Russian (CIS)
Home » Media mərkəz » Xəbərlər » “AAC” MMC-nin məhsullarının Gürcüstana ixrac həcmi artıb
A+ R A-

“AAC” MMC-nin məhsullarının Gürcüstana ixrac həcmi artıb

E-poçt Çap PDF faylını al

Son illər Azərbaycan iqtisadiyyatı böyük uğurlar qazanır. Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı iqtisadi islahatlar və ixracın inkişafı tədbirləri nəticəsində bütün sahələrdə olduğu kimi inşaat sektoru da sürətlə inkişaf edir. Ölkədə sahibkarlığın inkişafı üçün yaradılan münbit şəraitdən "AAС" MMC-də bəhrələndi. "AAC" Müasir tikinti materialları zavodu ölkənin daxili tikinti bazarını təmin etməklə yanaşı, ixrac imkanlarını genişləndirməkdə davam edir.

 

Belə ki. son dövrlərdə “AAC” MMC şirkəti “Gobustone” brendli məsaməli beton bloklarını Gürcüstana respublikasına ixracını artırmış, ixrac satışlarımız 6000 m3 çox olmuşdur. Gələcəkdə bu rəqəmin 25000 m3 artırılması nəzərdə tutulub. Gürcüstanın Bedegi Group və Efficient Resource şirkətlərindən başqa Alfa Costruction şirkəti ilə yeni müqavilə bağlamışdır.

 

Şirkətin məqsədi nəinki Azərbaycanın və Gürcüstanın tikinti bazarını təmin etmək, həmçinin gələcəkdə qonşu dövlətlər - Rusiya, İran ,Qazaxıstan və Türkmənistana “Gobustone” brendli məsaməli beton blokları və əhəng  məhsulun ixracını həyata keçirməkdir.

 

Ölkə iqtisadiyyatının inkişafına yeni töhfələr vermək, tikinti sektorunun inkişafına təkan vermək və bu sahəyə ən son texnologiyaları və yeni ideyaları gətirmək “AAC” şirkətinin fəaliyyətinin prioritet istiqamətini təşkil edir.




онлайн фильмы

Register

*
*
*
*
*

* Field is required