.::AAC::.

Azəricə (Azərbaycan dili)English (United Kingdom)Russian (CIS)
Home » Media mərkəz » Xəbərlər » “AAC” MMC-nin baş direktoru şirkət haqqında
A+ R A-

“AAC” MMC-nin baş direktoru şirkət haqqında

E-poçt Çap PDF faylını al




“Synergy Group”-un  üzvü olan “AAC” MMC şirkəti Azərbaycanda, habelə Cənubi Qafqaz regionunda ilk və yeganə məsaməli beton istehsalçısıdır. Zavodun rəsmi açılışı cənab prezident İlham Əliyev tərəfindən 2011-ci ildə baş tutub. Qaradağ rayonunda yerləşən “AAC” zavodu ən son texnologiya və müasir Almaniyanın “Wehrhahn” şirkətinin  avadanlıqları ilə təchiz edilmişdir.

2011-ci ildə ölkənin inşaat bazarına təqdim olunan “Gobustone ” brendi qısa bir zamanda tikinti sahəsində tanındı. Ölkənin inşaat sektoru üçün yeni olan məsaməli hörgü blokları bir çox sahələrdə öz tətbiqini tapdı və bir sıra uğurlu layihələr ilə öz populyarlığını artırdı. Hazırda “Gobustone ” məsaməli hörgü blokları ölkənin inşaat bazarında geniş istifadə olunmaqla lider tikinti brendlərindən biridir və öz üstünlükləri sayəsində tikinti şirkətləri və fiziki şəxslər tərəfindən istifadə olunmaqdadır.

“AAC” MMC bu gün ən iri hörgü tikinti materialları və əhəng məhsulları istehsal edən müəssisədir.

Genişlənmə layihəsindən sonra günlük istehsal gücü 1200 m3-ə (illik 360 min m3) çatdırılacaq.

Qeyd etmək istərdim ki, yanmış və sönmüş əhəng üzrə istehsal gücü illik 36000 tondur.

“AAC” MMC yüksək keyfiyyətli tikinti materialı olan “Gobustone ” məsaməli hörgü bloklarının və müxtəlif çeşidli əhəng məhsullarının satışı ilə məşğuldur. “AAC” MMC Azərbaycanda “Gobustone” brendli qazobeton məhsullarının satışı və ixracı ilə məşğul olan şirkətdir.

Məqsədimiz tikinti bazarında yeni tendensiya və ənənə yaradaraq Gobustone hörgü bloklarını Azərbaycanda Nömrə 1 seçim etmək və “Made in Azerbaijan” brendi adı altında dünya bazarında mühüm yer tutmaqdır.

“AAC” MMC olaraq istehlakçılara bundan sonra da yüksək keyfiyyətli məhsul təqdim etmək və ölkəmizin ixrac potensialını artırmaq üçün fəaliyyətimizi davam etdirəcəyik.

Dərin hörmətlə,

Elvin Əliyev

"AAC" MMC-nin Baş direktoru

онлайн фильмы

Register

*
*
*
*
*

* Field is required