.::AAC::.

Azəricə (Azərbaycan dili)English (United Kingdom)Russian (CIS)
Home » Məhsul » Məsaməli beton » Keyfiyyət və Üstünlük
A+ R A-

Keyfiyyət və Üstünlük

E-poçt Çap PDF faylını al

Məsaməli beton bloklar digər tikinti materiallarından əhəmiyyətli dərəcədə fərqlənir. Məsaməli beton məhsullardan hörülmüş divarlar ağac, kərpic və ya beton bloklardan hörülmüş analoji divarla müqayisədə bir çox üstün cəhətlərə malikdir. Bu da birbaşa məhsulun keyfiyyətinə təsir göstərir.

Məsaməli beton bloklar ekoloji baxımdan təmiz və toksik olmayan materialdır. Məsaməli beton blokların istiliyi izolyasiya etmək xüsusiyyəti adi betonla müqayisədə 6-10 dəfə çoxdur.

Bundan əlavə, məsaməli beton səsi izolyasiya etmək xüsusiyyətinə də malikdir. Digər ekoloji göstərici isə sınmış, qüsuru olan bloklardan ikinci dəfə istifadə etmək imkanıdır. Kömürün istilik elektrik sanasiyalarında yanması nəticəsində yaranan böyük miqdarda istehsalatın kül tozu kimi ikinci dərəcəli məhsullar, təkrar istehsal tələb edən tullantılardan faydalı tikinti materialına çevrilərək məsaməli beton məhsulların istehsalında istifadə edilə bilər. Bununla da, digər tikinti materialları ilə müqayisədə məsaməli beton bloklar ən aşağı enerji sərfiyyatına malikdir (1m3 məhsul üzrə enerji sərfiyyatı).

Qışda isti, yayda sərin

Məsaməli betonun əsas üstünlüklərindən biri onun yüksək səviyyədə enerjiyə qənaət etməsidir. Məsaməlilik strukturu sayəsində beton bloklar istiliyi izolyasiya etmək xüsusiyyətinə görə adi betonu 10 dəfə, keramik kərpici 6 dəfə keçir. Buna görə də məsaməli beton məhsullar qışda istiliyi, yayda isə sərinliyi qoruyub saxlaya bilir.

Məsaməli betonun istiliyi izolyasiya etmək kimi əla xüsusiyyəti təkcə otağı isitməyə və ya sərinlətməyə olan tələbatı azaltmır, həm də atmosferə karbon qazının buraxılmasını azaltmaq və iqlim dəyişməsinin qarşısını almaqla, əlavə izolyasiya materiallarından istifadə etməyə ehtiyac qalmır. Məsaməli betonun istehsalı istənilən digər tikinti materialına nisbətən az enerji sərfiyyatı tələb edir, məsaməli betonun kiçik ölçüsü isə onun daşınması zamanı enerjiyə qənaət etməyə imkan verir.

Odda yanmaz, suda batmaz

Məsaməli beton məhsulları olduqca yüksək səviyyəli yanğın təhlükəsizliyini təmin edir və yanğından müdafiə tədbirlərinin ən yüksək tələblərinə cavab verir. Tam şəkildə mineral tərkibi sayəsində məsaməli beton yanmayan tikinti materialı kimi təsnif olunur. O, 12000C temperaturda yanmır, eləcə də digər tikinti materiallarla müqayisədə istiliyə davamlıdır.

Buna görə də məsaməli beto məhsullar yanğının yayılmasının qarşısını alan, eyni zamanda insanların həyatlarını və maddi dəyərlərini qoruyub saxlayan yanğına qarşı divarların inşası üçün istifadə edilir. Əsas etibarı ilə yanğına qarşı mühafizə divarı yanğını 4 saat ərzində saxlamalıdır. Lakin sınaqlar göstərmişdir ki, cəmi 150 mm enliliyi olan məsaməli beton divarı yanğına ən azı 2-4 saat müqavimət göstərə bilər. Real yanğın vəziyyətində məsaməli beton divarları 120 saat ərzində heç bir zədə olmadan əvvəlki vəziyyətlərində qalmışlar.

Əksər hallarda yanğın mənbəyi çöl hissədə yerləşdiyindən yanğına qarşı daxili divarlardan başqa, məsaməli betondan olan çöl divarları da binaların yanğına qarşı təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır. Yanğından başqa – istiliyə davamlılıq baxımından məsaməli beton bloklar yanğın kimi insan həyatına heç də az təhlükəli olmayan tüstü və toksik qazlar yaratmır.

Məsaməli beton bloklar donan zaman buz və suyu sıxışdırıb çıxardan minlərlə xırda məsamələrdən ibarətdir. Bu, qazobetonun donan zaman 100 və daha çox dövrə ərzində mühafizəsini təmin edir. Müqayisə edək: mərkəzi regiona yararlı olan kərpicin şaxtaya davamlılıq norması – tikinti üçün – 15-25 dövrə, üz səthi üçün – 50 dövrə. Məsaməli beton 35 dövrəyədək şaxtaya tab gətirir.

Kiçik çəkisinə baxmayaraq məsaməli beton olduqca möhkəm və uzunömürlüdür. Məsaməli betonunun möhkəmliyi milyonlarla hava köpükcüklərindən ibarət silikat kalsiumun mövcudluğu, eləcə də yüksək təzyiq altında buxarla avtoklavlaşdırma prosesi ilə şərtləndirilir. Əla mexaniki xüsusiyyətləri sayəsində məsaməli betona seysmik aktiv zonalarda tikinti aparan zaman üstünlük verilir.

Məsaməli beton məhsullardan inşa edilmiş divarların kiçik çəkisi binanın özülünə düşən yükü azaldır, buna görə özüllər bir neçə mərtəbəni saxlaya bilirlər.

Binanın bütün istismar dövrü ərzində məsaməli beton öz xüsusiyyətlərini qoruyub saxlayır. O, küləyə, yağışa və qasırğaya qarşı olduqca davamlı olur və dağılmaya və ya çürüməyə meylli deyildir. Xarici temperaturun aşağı düşməsi məsaməli beton məhsullarına məhvedici təsir göstərmir.

онлайн фильмы

Register

*
*
*
*
*

* Field is required