.::AAC::.

Azəricə (Azərbaycan dili)English (United Kingdom)Russian (CIS)
Home » Məhsul » Məsaməli beton » İstehsal
A+ R A-

İstehsal

E-poçt Çap PDF faylını al

Qaz köpükləri materialın 85%-dək həcmini tutur, buna görə də dəlikli betonlar kiçik həcm kütləsinə malik olurlar. Məsaməli beton məhsullar əhəngdən, sudan, sementdən və kvarslı qumdan hazırlanır. Tərkibindəki materialların dozası kompüterlə müəyyən edilir. Məsaməli beton qarışdırıcısında 4-5 dəqiqə ərzində lazımi komponentlərin dərindən qarışdırılmış qarışığı - “xəmir” hazırlanır. Bundan sonra hidrogen xam kütləni dəlib keçərək materialda 0.5mm - 2 mmlik bərabər ölçüdə böyük miqdarda məsamə yaradır.

Sonra qarışıq xüsusi metal çənlərə yerləşdirilir və burada qabarma baş verir. Kimyəvi reaksiyanı, tutma və bərkiməni sürətləndirmək üçün polufabrikata titrəmə yüklənməsi tətbiq edilir. Məsaməli beton bloklar ilkin bərkimə mərhələsinə çatan zaman bərkimiş qarışıqdan məftillə kələ-kötür təbəqə götürülür, yerdə qalan kütlə isə bərabər ölçüdə bloklara kəsilir.

İstehsalın son mərhələsində məsaməli beton bloklar avtoklav sobalarında “bərkidilir”, burada o, lazımi möhkəmliyi və bərkliyi əldə edir. Bu cür əldə edilən məsaməli beton məhsulları unikal xüsusiyyətlərə malik olurki, bununla da kərpici, ağacı və digər geniş yayılmış tikinti materiallarını sıxışdırır.

Qeyd edək ki, məsaməli beton məhsullarının istehsalı digər divar tikintisi materiallarının istehsalı ilə müqayisədə daha az enerji tələb edir, bununla da hasil edilən yanacaq sərfiyyatını və karbon qazının atmosferə buraxılmasını azaldır. Həmçinin avtoklavlama zamanı enerjiyə qənaət edilir, belə ki məsaməli beton məhsulları nisbətən aşağı temperaturda avtoklavlanır və qaynar buxar təkrarən sonrakı partiyaların (buxarın buraxılması sistemi) avtoklavlanmasında istifadə edilir. Buxar istehsalı üçün texniki sudan istifadə edilir: nə su, nə də buxar istifadə edildikdən sonra ətraf mühitə axıdılmır. İstehsal prosesində heç bir toksik qaz yaranmır.

Bundan başqa, texnologiyanın daimi təkmilləşdirilməsi sayəsində istehsalatda 1m3 məsaməli beton blokların istehsalı üçün xammal sərfiyyatı olduqca cüzidir: 1m3 məsaməli beton blokunun istehsalı üçün yalnız 0.2-0.25 m3 xammal tələb olunur ki, bu da digər tikinti materiallarının istehsalındakı xammal sərfiyyatından beş dəfə azdır. İstehsal prosesində xammal itkisi yoxdur, bütün istehsal qalıqları yenidən istehsal dövriyyəsinə qaytarılır.

“ACC” şirkəti dünya şöhrətli “Wehrhahn” alman firmasının yüksək texnologiyalı istehsalat xətti bazasında məsaməli beton blokların emalına başlayır. Wehrhahn şirkəti artıq demək olar ki, 120 ildir ki, maşınqayırma bazarında uğurla çalışır. Məsaməli beton məhsullarının işlənib hazırlanması və istehsalında “AAC” şirkətinin uğurunun əsas faktorları - ənənəvi alman keyfiyyəti və innovativ texnologiyalardır.

Məsaməli betonun istehsalı prosesində “AAC” şirkətinin istifadə etdiyi ekoloji təmiz və Avropa standartlarına cavab verən xammal, alman texnologiyası və həmçinin təcrübəli və peşəkar mütəxəssislərin istehsal prosesinə cəlb olunması məhsulun keyfiyyətinə tam zəmanət verir.

Daşınma və Saxlama

• Bloklarla altlıqların daşınması sürəti 70 km/s-ı keçməyən avto nəqliyyat vasitəsilə həyata keçirilir.

• Bloklar, isti oturtma təbəqələri ilə qorunan altlıqlarda tədarük edilir. Tikinti və saxlama zamanı blokları altlıqlarla düz sahədə yerləşdirilmək lazımdır. Altlıqların açılması və bir iş günü ərzində hörməyin mümkün olduğu qədər blokların götürülməsi tövsiyə olunur.

онлайн фильмы

Register

*
*
*
*
*

* Field is required