.::AAC::.

Azəricə (Azərbaycan dili)English (United Kingdom)Russian (CIS)
Home » Məhsul » Məsaməli beton » Nə üçün məsaməli beton?
A+ R A-

Nə üçün məsaməli beton məhsullar?

E-poçt Çap PDF faylını al

Tikinti materialının seçimi kifayət qədər çətin məsələdir və tikinti ilə məşğul olan hər bir şəxs buna maksimal dərəcədə diqqət yetirir. Məsaməli beton bloklar, kərpic və ya hər hansı başqa material ən dərin təhlildən və bütün istifadə edilən xüsusiyyətlərin öyrənilməsindən keçməlidir.

Məsaməli beton bloklar divar tikintisi materialları sahəsində ən əhəmiyyətli nailiyyətlərindən biridir. Bu gün o, ən məşhur tikinti materiallarından birinə çevrilib. Bu, uzunömürlülük və möhkəmlilik, kiçik ölçü, tikintinin olduqca sadə texnologiyası və əla ekoloji keyfiyyətlər kimi unikal xüsusiyyətləri özündə birləşdirən inqilabi materialdır. Qeyd edək ki, məsaməli beton məhsulları Avropada hələ ötən yüzilliyin əvvəllərində uğurla tətbiq edilməyə başlanmış və hazırda, MDB ölkələri daxil olmaqla Avropada divar tikintisi materiallarının ən çox yayılmış növlərindən biridir. Onun bazarı həmçinin Asiyada, Yaxın Şərqdə, son vaxtlar isə Amerikada da sürətlə genişlənməkdədir.

Məsaməli beton bloklar istənilən iqlim şəraiti üçün yararlı olan əla tikinti materialıdır. Ondan, daxili və xarici, daşıyıcı və daşıyıcı olmayan divarlar, əsas divarlaı, karkas divarları kimi bütün növ divarların inşasında karkas konstruksiyalarda, divar arakəsmələrində, yanğına qarşı divarlarda və s.-də doldurucu qismində istifadə edilir. Məsaməli beton məhsulları eyni zamanda beton kotteclər, çox mərtəbəli evlər, məktəblər, xəstəxanalar, idman zalları, sənaye və kommersiya qurğuları və s. kimi istənilən növ tikililərin inşası üçün yararlıdır. Məsələn, 5-6 gün ərzində 4 nəfərdən ibarət briqada təxminən 150 m2 sahəyə malik fərdi kottec inşa edə bilər. Lakin, onun istifadəsi yalnız azmərtəbəli binaların inşasında deyil, həm də çoxmərtəbəli binaların inşasında da öz təsdiqini tapıb.

Məsaməli beton bloklar qumdan, yaxud tozlaşdırılmış küldən, sementdən, əhəngdən, anhidritdən (gipsin) və məsamə yaradan maddədən hazırlanır. Avtoklavda yüksək təzyiq altında kütlənin buxara verilməsi nəticəsində orta sıxlığı təxminən adi betonun sıxlığından beş dəfə az olan fiziki və kimyəvi baxımdan sabit məhsul alınır.

Məsaməli strukturu sayəsində məsaməli beton bloklar olduqca xırda, bir-birləri ilə əlaqəli olmayan saysız-hesabsız hava borucuqlarından ibarətdir və bir sıra dəyərli xüsusiyyətlərə malik əla izolyasiya materialıdır. Aparılmış bir sıra yoxlamalara əsasən dünya təcrübəsində məsaməli beton blokların istifadə müddəti – 80 ilə yaxındır 
və 4 saat yanğına davamlılıq xüsusiyyətinə malikdir, rütubətə, kifə, göbələyə qarşı davamlıdır.

gobustone məhsullarının çeşidləri

Məhsullar

Ölçülər

Orta sıxlığ həddi, (quru vəziyyətdə) кq/m³

Minimal möhkəmlik həddi

Şaxtaya davamlılığı

İstilik keçirtmə qabiliyyəti, quru vəziyyətdə, Vt/m*°С, çox olmayaraq

Blokun həcmi,

м³

Blokun çəkisi, кq

E

H

U

INTRA

 








100

250

600

500

В 2,0

F25

0,2

0,012-0,016

7,8

125

250

600

500

B 2,0

F25

0,12

0,015-0,020

9,75

150

250

600

500

В2,0

F25

0,12

0,018-0,023

11,5

 

Məhsullar

Ölçülər

Orta sıxlığ həddi, (quru vəziyyətdə) кq/m³

Minimal möhkəmlik həddi

Şaxtaya davamlılığı

İstilik keçirtmə qabiliyyəti, quru vəziyyətdə, Vt/m*°С, çox olmayaraq

Blokun həcmi,

м³

Blokun çəkisi, кq

E

H

U

CLASSIC

200

250

600

500

В 2,0

F25

0,12

0,02-0,031

15,5

250

250

600

500

В 2,0

F25

0,12

0,03-0,039

19,5

300

250

600

500

B 2,0

F25

0,12

0,03-0,047

23,4










 

Məhsullar


Ölçülər

Orta sıxlığ həddi, (quru vəziyyətdə) кq/m³

 

Minimal möhkəmlik həddi

Şaxtaya davamlılığı

İstilik keçirtmə qabiliyyəti, quru vəziyyətdə, Vt/m*°С, çox olmayaraq

Blokun həcmi,

м³

Blokun çəkisi, кq

E

H

U

EXTRA

350

250

600

500

В 2,0

F25

0,12

0,042-0,0546

27,3

375

250

600

500

В 2,0

F25

0,12

0,045-0,0586

29,3

400

250

600

500

B 2,0

F25

0,12

0,048-0,0625

31,25









онлайн фильмы

Register

*
*
*
*
*

* Field is required